23 baxış
Bu yazını paylaşın
İdman

Qurban Qurbanov: “Linkoln” düşündüyümüz kimi oynadı”

12 İyul 2023

“Rəqib komanda düşündüyümüz kimi oynadı”.

Telejurnal-ın  məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis qələbə münasibətilə futbolçularını təbrik edib: “Meydança amili və hava şəraitini nəzərə alsaq, oynamaq asan deyildi. Bir neçə epizodu çıxmaq şərtilə, 90 dəqiqə ərzində çox diqqətli oynadıq. Sadəcə, 1-2 epizod zamanı bir az diqqətsizlik oldu”.

Onun sözlərinə görə, “Linkoln” təcrübəli futbolçulardan qurulmuş kollektivdir: “Hər birinin son nöqtəni qoymaq bacarığı var. 23-24 günlük səfərdən sonra komandada psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…