431 baxış
Bu yazını paylaşın
İctimai

Qurban Qurbanov: “Azarkeşləri küsdürmək olmaz”

16 Avqust 2022

“Klub tərəfindən hansısa çatışmazlıq olubsa, azarkeşlər üzrlü saysınlar”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın “Viktoriya” klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis görüşün biletləri satışa çıxan zaman baş verən texniki problemə münasibət bildirib: “Klub hər şeyi edir ki, fanatlar narazı qalmasın. Təəssüflər olsun ki, stadionda yalnız 28-30 min azarkeş olur”.

Qurbanov tərəfdarların oyuna maraq göstərməsinə sevindiyini söyləyib: “Azərbaycanda futbola maraq artıb. Bizdə futbolu sevirlər və azarkeşlər var. Sadəcə, onları küsdürmək olmaz. Fanatların futbola olan sevgisini görürük. İşimizi elə qurmalıyıq ki, sevgi davam etsin. Azarkeşləri alqışlayıram. Bizə olan inamlarını göstərirlər. Baş verənlərə narazılıq deməzdim. İstərdim ki, fanatların hamısı stadionda olsun. İnanıram ki, gələcəkdə futbolumuz və çempionatımız daha yaxşı səviyyəyə çatacaq”.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…