150 baxış
Bu yazını paylaşın
Müsahibə

Quranın yandırılması tək İsveçdə deyil,Fransa və digər ölkələrdə də baş verib-Ramiz Alıyev

29 İyun 2023

Qurban bayramının ilk günü Stokholmda polislə razılaşdırılmış aksiya keçirilib və bu aksiya zamanı Stokholm məscidinin qarşısında İraq əsilli Salvan Momika adlı şəxs polis mühafizəsinin müşayiəti ilə Quranı ayağının altına alaraq yandırıb. Politoloq Ramiz Alıyev müsəlmanlara qarşı törədilən təxribatı “Telejurnal”a şərh edib.

Son zamanlar İslam dininə qarşı tək İsveçdə deyil, bir çox Avropa ölkələrində  islamofobiya var. Bu da onunla bağlıdır ki, onlar İslam dinidən qorxurlar, çünki xeyli sayda avropalı İslam dininə sitayiş edir. Misal olaraq qeyd edək ki, Böyük Britaniyada uşaqlara verilən adlarda İslam dini ilə bağlı olan adlar çoxluq təşkil edir və bu da islam dininin yayılmasına gətirib çıxarır. Bu cür dövlətlər belə bir vasitələr ilə İslam dininin qarşısını almağa çalışırlar.

Əvvəllər İslam dininin yayılmasının qarşısını almaq üçün terror aktı törədilirdi, güya bu terroru İslam dininə mənsub olanlar törədir. Bir müddətdən sonra hər kəs anladı ki, terror İslam dininə aid olan şəxslərə deyil, terroru təşkil edən digər şəxslərə aiddir. İslam dinində bir insanın öldürülməsi bəşəriyyətin məhv olması kimi qarşılanır.

Hesab edirəm ki, İslam dinin yayılmasından qorxanlar başqa bir yola əl atıblar. Quranın yandırılması tək İsveçdə deyil,Fransa və digər ölkələrdə də baş verib. Bununla sanki insanları qorxutmağa, onları İslam dinindən yayındırmağa çalışırlar. Təbii ki, bunlar yanlışlıq və təəssüf doğurur, çünki nə qədər İslam dininə qarşı çıxsalar da bu mümkün olmayacaq. İnsanlar getdikcə daha çox anlayacaqlar ki, Allahın yaratdığı hər kəs sonda İslam dinini qəbul edəcək. Bu din insanları düzgün yola, paklığa çəkən dindir. Quranda insanlar üçün çox faydalı kəlamlar var və həmin ölkələr qorxurlar ki, insanlar Quranda yazılanlar ilə tanış olub maariflənərlər.Həmin şəxslər indiyə kimi niyə İslamı qəbul etmədiklərini düşünərlər və ətraflarındakı insanları da İslama dəvət edərlər. Bu səbəbdən də həmin ölkələrdə din xadimləri bu dinin qarşısını almaq üçün belə bir göstərişlər verirlər və bu da siyasi tapşırıqlar olur.

Quranda yazılır ki, insanlar bir-birini sevməlidirlər,dini və irqi ayrıseçkilik olmamalıdır. Allahın hər yaratdığı insan bərabər hüquqludur. Biz müsəlman ölkəsi olaraq bütün dinlərə hörmətlə yanaşırıq, amma Avropa və bir çox inkişaf etmiş ölkələrdə İslam dininə qarşı aqressiya var.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…