126 baxış
Bu yazını paylaşın
Siyasi

Qubernator: “Lvov vilayətindən 20 mindən çox insan Ukrayna ordusunun sıralarına qoşulub”

15 Mart 2022

“Lvov vilayəti müharibə şəraitində Ukraynada hərbi hissələrin formalaşmasında fəal iştirak edir. Artıq 20 mindən çox insan səfərbər edilib və Ukrayna ordusunun sıralarına cəlb olunub”.

“TELEJURNAL” REPORT-a istinadən xəbər verir ki, bunu Ukraynanın Lvov vilayəti Administrasiyasının rəhbəri, qubernator Maksim Kozitskiy-un reportun Şərqi Avropa bürosuna müsahibəsində deyib.

O bildirib ki, burada müdafiə zənciri qururuq: “Düşməni qarşılamağa və döyüşməyə hazırıq”.

Onun sözlərinə görə, müharibənin əvvəlindən etibarən Lvov vilayəti humanitar haba çevrilib: “Əsas vəzifəmiz ehtiyacı olanlara kömək etməkdir. Müharibədən qaçmış insanların burada özlərini təhlükəsizlikdə hiss etmələri üçün əlimizdən gələn hər şeyi edirik. Bu günə 400 mindən çox insan Lvov vilayətində yerləşdirilib. Onları yemək, əşyalar, həmçinin gecələmək üçün yerlə təmin edirik. Həmçinin 930 ukraynalı Polşa sərhəddini keçib. Onlara sərhəddə kömək edir, onları isti yer və qida ilə təmin edirik”.

Qubernator qeyd edib ki, bu yaxınlarda Lvov vilayətinin Sülhməramlı Təhlükəsizlik Mərkəzi atəşə tutulub: “Raketlər atılmışdı. Hava hücumundan müdafiə sistemi işə düşdü. Lakin hücum nəticəsində ölən və yaralananlar oldu. Məqsədimiz qalib gəlmək və bütün dünyaya hücuma tab gətirdiyimizi göstərməkdir”.

Lvov vilayətində 180 nəfərin həlak olması haqqında informasiya ilə bağlı danışan M.Kozitskiy bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Bütün bunlar Rusiya təbliğatının işidir. Rusiya yalan və fırıldaqla məşğuldur”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…