24 baxış
Bu yazını paylaşın
Dünya

QUAD ölkələrinin enerji təşkilatlarının rəhbərləri Sidneydə görüşəcəklər

05 İyul 2022

Tokio, 5 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Yaponiya, ABŞ, Avstraliya və Hindistanın enerji təşkilatlarının rəhbərləri iyulun ortalarında Sidneydə bu formatda ilk dəfə görüşəcəklər.

bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda iyulun 5-də Tokioda keçirilən mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu, həmin nümayəndələrin belə formatda keçirilən ilk görüşü olacaq.

“İyulun 11-dən 15-dək mən Təhlükəsizlik üzrə dördtərəfli dialoq(QUAD) enerji təşkilatları rəhbərlərinin görüşündə iştirak etmək üçün Avstraliyaya səfər edəcəyəm. Bu, həmin formatda təşkil edilən ilk görüş olacaq”, – deyə nazir bildirib. Nazir əlavə edib ki, həmin görüşdə energetika, enerji təhlükəsizliyi və tullantıların azaldılması məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, QUAD 2017-ci ildə Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət məqsədilə yaradılıb. Həmin ilin noyabrında üzv ölkələr Hind-Sakit okean regionunda mühüm gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək üçün yeni strategiya çərçivəsində koalisiya yaradıblar.

QUAD-ın üzvü olan Yaponiya, ABŞ, Avstraliya və Hindistan liderlərinin son görüşü cari ilin mayında Tokioda keçirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…