23 baxış
Bu yazını paylaşın
Siyasi

Qriqoryan təkzib etdi: Zəngəzur yolu ilə bağlı razılıq əldə olunmayıb

10 İyun 2023

Naxçıvana gedən rabitə yollarına Ermənistan ərazisində Rusiya Federasiyası FTX-nin sərhədçiləri tərəfindən nəzarət edilməsinə dair razılıq əldə olunmayıb.

Telejurnal xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisindən məlumat verilib.

“Üçtərəfli İşçi Qrupunun müzakirələrində, o cümlədən sonuncu görüşdə belə bir razılaşma olmayıb. Ermənistanın mövqeyi belədir ki, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinə əsasən baxılan marşrutlar ərazisindən keçən ölkənin suverenliyi altında olmalıdır”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev “Baku-Moskva” nəşrinə açıqlamasında Zəngəzurdan keçən yolun Rusiya FTX-nin nəzarəti altında olacağını bildirib. Bu, əslində Azərbaycanın mövqeyi deyil, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində nəzərdə tutulub. Ermənistan isə bu bəndin tələbindən imtina edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…