28 baxış
Bu yazını paylaşın
Siyasi

Qriqori Karasin: “Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva danışıqları müsbət qiymətləndirilməlidir”

26 İyul 2023

“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşü Ermənistan-Azərbaycan nomallaşma prosesi kontekstində zəruri mərhələ oldu”.

TELEJURNAL  xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin özünün sosial şəbəkə hesabında yazıb.

Onun fikrincə, danışıqlar müsbət qiymətləndirilməlidir.

“Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqları asan keçməsə də, faydalı oldu”, – o yazıb.

Karasin qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin çətinliklərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınmaqla, Moskva görüşünü zəruri və vaxtında baş tutan mərhələ hesab etmək olar.

“Tərəflər baş nazirlərin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupun səylərini davam etdirmək barədə razılığa gəliblər”, – o vurğulayıb.

Komitə rəhbəri əlavə edib ki, tərəflər birgə səylərlə problemlərin həlli yollarını tapmaq niyyətində olduqlarını nümayiş etdiriblər. Nazirlər politoloqlar və vətəndaş cəmiyyəti arasında əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…