35 baxış
Bu yazını paylaşın
Siyasi

Qordon Birrell: “Azərbaycandakı neft-qaz yataqlarının “uzaq gələcəyi” var”

31 İyul 2023

BP şirkətinin Azərbaycanda dənizdəki neft-qaz yataqlarının hələ də “uzaq gələcəyi” var.

TELEJURNAL-ın  məlumatına görə, bunu “Argus” nəşrinə açıqlamasında BP-nin kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Onun sözlərinə görə, BP “Şahdəniz” yatağında hasilatı 1,2 trilyon kubmetrə qədər artırmaq və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın təbii azalmasının qarşısını almaq təşəbbüsləri üzərində işləyir.

Q. Birrell bildirib ki, “Şahdəniz”də qaz hasilatı bu il 26 milyard kubmetr həcmində “pik həddə” çatacaq: “BP hasilatı daha da artırmağı hədəfləyir. Hazırda neft hasilatının artırılması üçün sıxlaşdırılmış qazma işləri aparılır. Aydındır ki, bizim böyük, yeni dərin kəşfimiz olarsa, onu inkişaf etdirməyi düşünəcəyik”.

O vurğulayıb ki, Azərbaycan qazı keyfiyyətli qazdır: “Hazırda bu qaz Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya tədarük edilir. Lakin BP və onun Azərbaycan Beynəlxalq Əəməliyyat Şirkətindəki tərəfdaşları AÇG-nin ömrünü artırmaq üçün əllərindən gələni edirlər. AÇG-nin böyük gələcəyi var. Bu, böyük geologiyaya malik nəhəng neft yatağıdır”.

Q. Birrell, “zəngin” ehtiyatların zamanla tükəndiyini etiraf edib: “Bizim işimiz bu azalmanı aradan qaldırmaqdır. Biz hazırda məhz bunu edirik. Hazırda BP AÇG-də iki böyük layihə üzərində çalışır. Şirkətin bir nömrəli yeni layihəsi “Azəri Mərkəzi Şərqi” (ACE) platformasıdır. Platforma gündəlik olaraq 100 min barelə qədər neft hasil etmək üçün nəzərdə tutulub. Bu həmçinin AÇG müqavilə sahəsinin şərqində bir sıra quyuların qazılmasına imkan verəcək”.

Onun sözlərinə görə, ikinci istiqamətə AÇG-də yatağın tam istismar dövrünün maksimum bərpası daxildir: “Bura bir neçə vacib məqam daxildi. Biz yuxarı Balaxanı ehtiyatlarını işlətməyə başlayırıq və bu, daha çox enerji tələb edir. Hasilatın azalmasını aradan qaldırmaq üçün daha çox qaz vurulması, daha çox su vurulması tələb olunur. Qaz və suyun vurulmasının genişləndirilməsinə diqqət 18 ay əvvəl başlayıb. BP “bu azalmanın sabitləşdiyinə dair ümidverici əlamətlər görməyə başlayır”. Bu, BP-nin neft-texniki imkanlarının gözəl nümunəsidir. Çünki o, hasilatın çox aşağı düşməsinə imkan verməmək və yataqlardan nefti tam bərpa etməmək kimi “tamamilə düzgün” balansı tapmalıdır”.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelə qədər hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelə qədər neft hasil olunacağı proqnozlaşdırılır.

ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…