64 baxış
Bu yazını paylaşın
İdman

“Qordi düyünü”nə çevrilən reqlament məsələsi – Təhlil

16 İyun 2023

İnter, Keşlə, Şamaxı…
Sonuncu, sələflərindən fərqli olaraq Azərbaycan Premyer Liqasında möhkəmlənə bilmədi və bu, son turda baş tutan “Səbail” ilə oyundan sonra (1:0) dəqiqləşdi. Bununla da reqlament məsələsi idman mediasında, sözün əsl mənasında, “Qordi düyünü” nə çevrildi.

Mövsümün əvvəlindən etibarən AFFA tərəfindən verilən bütün açıqlamalarda, Premyer Liqada sonuncu yeri tutan komandanın I Diviziona düşəcəyi, əvəzində isə divizion qalibinin elitaya yüksələcəyi bildirilir. Hazırkı vəziyyətdə liqaya yüksəlməli olan komanda “Araz-Naxçıvan”dır. Amma…

Həm futbol ictimaiyyəti, mütəxəssisləri, həm də azarkeşlər tərəfindən bir neçə tezis müzakirə edilir. Bunlardan birincisi, çempionatda 12 komandanın iştirakı, yəni “Şamaxı”nın diviziona düşməməsi və lisenziya almış digər iki klubun – “Zaqatala” və “Araz-Naxçıvan”nın da liqada iştirakının təmin edilməsi fikridir. Bu komandaların çempionata rəng qatacağını müdafiə edən insanlarlar az deyil. Hətta Ağasəlim Mircavadov, Bəxtiyar Musayev kimi futbol mütəxəssislərinin “idman prinsiplərini müvəqqəti dondurmaq”, “federasiyanın saysız qayda pozuntuları siyahısına birini də əlavə etməyin mümkünlüyü” arqumentləri bu variantı dəstəkləyir. Şahin Diniyev də öz növbəsində, “Reqlament qorunursa, buna hər 3 liqada əməl edilməlidir” fikrini müdafiə edir. Belə olan halda maliyyə məsələsi də digər tərəfdən “boylanır”.

İkinci variant 10 komandanın iştirakı və yol məsafəsini nəzərə alaraq “Araz-Naxçıvan”ın deyil, “Zaqatala”nın elitada çıxış ilə bağlıdır. Federasiya bu gözlənilməz qərar ilə “sürpriz” edə bilər – qaydalara zidd olsa belə… Bu yerdə Aristotelin “mükəmməllik vərdişdir” ifadəsini “qanunlara əməl etməmək vərdişdir” fikri ilə assosasiya edə bilərik.
Sonuncu versiya isə növbəti mövsüm Premyer Liqada çıxış edəcək komandaların sayında və adında heç bir dəyişiklik etməmək ilə bağlıdır. Buna isə inanmaq istəmirik. Federasiyanın “səhv səcdəsi”nə gedərək doğru qərarlar verəcəyinə, kəmiyyəti artırmaqla keyfiyyəti aşağı salmayacağına ümid edirik. Məlumdur ki, keyfiyyət təsadüfi deyil, həmişə ağıllı qərarların və səylərin nəticəsidir.

İcraiyyə Komitəsinin bu həftə keçiriləcək iclasında bu məsələ haqqında son qərarı verəcəyi gözlənilir. Bəlkə, bizə də bir Makedoniyalı İsgəndər lazımdır…?

 

Aytac Təhməzli

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…