212 baxış
Bu yazını paylaşın
Siyasi

Qlobal kontekstə nəzər yetirəndə yeni dünya qaydasının formalaşmasının ilkin cücərtiləri artıq görünür

21 Yanvar 2022

Fundamental dəyişikliklər ölkəmizin yeni inkişaf paradiqmasını şərtləndirir. Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, günəş altında öz yerimizin tapılması, sadəcə, dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əlçatanlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri zəfər.az saytının təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova söyləyib.

S.Yusifova bildirib ki, qlobal kontekstə nəzər yetirəndə yeni dünya qaydasının formalaşmasının ilkin cücərtiləri artıq görünür. Azərbaycan Prezidentinin son müsahibəsində qeyd etdiyi kimi, beynəlxalq münasibətlərdə ənənəvi davranış qaydaları artıq tükənir. Güc amili ön plana çıxır. Biz buna hazır olmalıyıq. Ona görə biz hər zaman özümüzə güvənməliyik, daha güclü olmalıyıq, heç kimdən asılı olmamalıyıq.

https://azertag.az/xeber/Qlobal_kontekste_nezer_yetirende_yeni_dunya_qaydasinin_formalasmasinin_ilkin_cucertileri_artiq_gorunur-1981470

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…