24 baxış
Bu yazını paylaşın
Dünya

Qlobal iqtisadi böhran fonunda inkişaf edən Azərbaycan.

20 İyul 2022

2019-cu ilin sonlarından Çində başlanan və 2020-ci ilin əvvəllərindən etibarən bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası planetin iş ahəngini dəyişməklə yanaşı gedən iqtisadi-siyasi proseslərin istiqamətini də dəyişdi. Dünyanın aparıcı ölkələrindəki iqtisadi böhran, durğunluq və geriləmə meylləri artıq bütün göstəricilər üzrə özünü təsdiq edir.

Əksər ölkələrdə qiymətlər sürətlə artır, ərzaq və enerji böhranı yaranıb, müxtəlif növ əmtəə və xidmətlərin çatdırılmasında problemlər var. Mərkəzi Banklar hələ ki, inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırmağa üstünlük verir. Amma bu da vəziyyətdən çıxış yolu deyil. Çünki, iqtisadiyyata pul axınlarını məhdudlaşdırmaq iqtisadi aktivliyi və insanların real gəlirlərini azaldır, sosial gərginlik yaradır. Onsuz da, dünyada bir sıra müəssisələr fəaliyyətini tam və yaxud qismən dayandırıb, işsizlik səviyyəsi artıb. Odur ki, dünya ölkələri, xüsusilə də Avropa ölkələri iqtisadi artımı stimullaşdırmaq barədə düşünməlidir.

Gözümüzün önündə yeni dünya inşa edilir, planetin müasir arxitekturası yaradılır. Dünyadakı əks-göstərişə baxmayaraq Azərbaycan dinamik inkişaf edir, sosial-iqtisadi inkişaf yüksələn templə gedir. Azərbaycanın artıq bu sahələrdə özünün unikal modeli mövcuddur.

Azərbaycanda həyata keçirilən uğurlu siyasəti TELEJURNAL. az Report- a istinadən xəbər verir ki, şərh edən beynəlxalq münasibətlər üzrə ekspert, fəlsəfə doktoru Yəhya Babanlı hesab edir ki, Azərbaycan xarici siyasətdə öz modelini yaradıb:

“Əslində, dünyada baş verən geosiyasi və geoiqtisadi təlatümlər və dəyişikliklər fonunda dövlətin mövqeyinin – sosial-iqtisadi dinamikasının qorunub-saxlanılması olduqca mürəkkəb və çətin məsələdir. Bunun üçün gərək ölkənin çoxvektorlu iqtisadi strategiyası olsun. Məhz bu gün dünya iqtisadiyyatında kollapsın yaranması və ekstremal vəziyyətin hökm sürməsinə baxmayaraq Azərbaycanda bütün sosial tədbirlər davam etdirilir və iqtisadi sferada iqtisadi inkişaf müvəffəqiyyətlə gerçəkləşir. Eyni zamanda, koronavirus pandemiyası ilə mübarizədə ön sıralarda durub, ÜST-ə maliyyə dəstəyi göstərilib və ehtiyacı olan dövlətlərə vaksin preparatları göndərib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…