22 baxış
Bu yazını paylaşın
Siyasi

Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-dək qonaq iştirak edəcək.

16 İyun 2022

15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

IX Qlobal Bakı Forumunda qlobal gündəlikdə olan məsələlər müzakirə ediləcək. bunu iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüklərini bildirən İsmail Serageldin deyib ki, Azərbaycan Prezidenti IX Qlobal Bakı Forumunda aparılacaq müzakirələr nəticəsində qlobal gündəlikdə olan məsələlərlə bağlı faydalı təkliflərin irəli sürüləcəyinə inanır.

Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderlərin iştirak etdiyini nəzərə çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri pandemiya ilə əlaqədar Forumun ənənəvi olaraq keçirildiyi zamanda dəyişiklik olduğunu, növbəti Forumun gələn il martın ortalarında baş tutacağına inandığını söyləyib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…