227 baxış
Bu yazını paylaşın
Müsahibə

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 3 avqust 2022-ci ildə Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsindən və terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasından 1 il ötür.

Həmin gün Azərbaycan Ordusu düşmənin təxribatına  cavab olaraq”Qisas” əməliyyatı həyata keçirib. “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Əməliyyat çərçivəsində erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Politoloq Məhəmməd Əsədullazadə “Telejurnal”a “Qisas” əməliyyatı və bugünki Azərbaycan-Ermənistan münasibətinə rəy bildirib.

Bu gün “Qisas” əməliyyatından 1 il ötür. Biz “Qisas” əməliyyatı ilə separatçılara böyük zərbə vurub siyasi, psixoloji, hərbi üstünlüyü ələ aldıq.

Bu gün Azərbaycan-Ermənistan münasibəti böhranlı vəziyyətə yuvarlanıb, çünki Ermənistan humanitar yük şousu müstəvisində Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmağa çalışır. Bu formatda danışıqlara hər hansı bir irəliləyiş yoxdur və Brüssel formatını Ermənistan, demək olar ki, kölgədə qoyub.

Ermənistan Baş naziri Nikol Paşinyan bugünki hökumət iclasında verdiyi bəyanatda da Laçın yolu ilə bağlı ittihamlar səsləndirdi. Yenə də sülhdən danışsa da praktik olaraq sülhdən söhbət gedə bilməz.

Hesab edirəm ki, münasibətlər gərgindir, demək olar ki, danışıqlar mümkün görünmür, çünki Ermənistanın humanitar yük şousu danışıqlara kölgə salıb. Proses böhranlı olaraq davam etməkdədir.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…