26 baxış
Bu yazını paylaşın
Dünya

Qırğızıstanda türk dövlətləri xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçirilir.

26 İyul 2022

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilir.

TELEJURNAL. az Report-a  istinadən  xəbər verir ki, Azərbaycanı toplantıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov təmsil edirlər.

İclasda eyni zamanda, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Xidmətinin rəisi Kamçıbek Taşıyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Yermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Abdusalom Əzizov iştirak edirlər.

Konfransda terrorçuluğa qarşı birgə mübarizə məsələsi müzakirə olunur.

Qırğızıstan Prezidenti Sadır Japarov nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

O bildirib ki, dərin tarixi əlaqələr, çoxəsrlik mehriban qonşuluq təcrübəsi, həmçinin ölkələr və xalqlar arasında səmərəli əməkdaşlıq türk dövlətlərinin xüsusi xidmət orqanları arasında əlaqələri dərinləşdirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…