21 baxış
Bu yazını paylaşın
Dünya

Qırğızıstan XİN: 47 min qırğız Rusiyanın qara siyahısından çıxarılacaq.

27 İyul 2022

Rusiyanın hakimiyyət orqanları əvvəllər müxtəlif qanun pozuntularına görə ölkəyə girişi qadağan edilən 47 min Qırğızıstan vətəndaşını tezliklə qara siyahıdan çıxaracaq.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev çərşənbə günü Bişkekdə keçirilən mətbuat konfransında deyib.

“Rusiya Qırğızıstanın 47 min vətəndaşına miqrasiya amnistiyası tətbiq etmək qərarına gəlib”, – deyə Jeenbek Kulubayev bildirib. Onun sözlərinə görə, miqrasiya amnistiyası iki dövlətin prezidentləri və hökumətləri səviyyəsində əldə edilən razılaşmalar sayəsində mümkün olub. Nazir birinci mərhələdə əvvəllər Rusiyada müxtəlif qanun pozuntularına yol verən 20 minə yaxın mühacirin qara siyahıdan çıxarılacağını qeyd edib.

Miqrasiya amnistiyasının tətbiqindən sonra daha 35 min Qırğızıstan vətəndaşı Rusiyanın qara siyahısında qalacaq, onların əksəriyyəti məhkəmələrin qərarları əsasında ölkədən çıxarılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…