34 baxış
Bu yazını paylaşın
Siyasi

Qırğızıstan Prezidenti: “Əfqanıstandakı vəziyyət xüsusi narahatlıq doğurur”

20 İyul 2023

Əfqanıstanda baş verən hadisələr Qırğızıstanda xüsusi narahatlıq doğurur.

Telejurnal  xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Ciddədə Mərkəzi Asiya ölkələri və Fars Körfəzi dövlətləri üzrə Əməkdaşlıq Şurasının liderlərinin birinci sammiti zamanı deyib.

“Bizim üçün Əfqanıstandakı vəziyyət xüsusi narahatlıq doğurur. Hesab edirik ki, beynəlxalq ictimaiyyət Əfqanıstanı və çoxdan əziyyət çəkən əfqan xalqını təcrid vəziyyətində tərk edə bilməz. Əfqanıstan xalqına humanitar yardım göstərməyə davam etmək və layihələri hərtərəfli dəstəkləmək lazımdır. Bu, Əfqanıstan iqtisadiyyatının bərpasına kömək edəcək”, – S.Japarov bildirib.

Dövlət başçısının sözlərinə görə, Qırğızıstan da Fələstin, Yəmən, Suriya, Sudan və Ukraynadakı vəziyyəti narahatlıqla izləyir və bu ölkələrdəki münaqişələrin tezliklə həllinə ümid edir.

S.Japarov qeyd edib ki, istənilən münaqişə siyasi vasitələrlə danışıqlar masası arxasında, beynəlxalq hüququn prinsip və normaları əsasında həll edilməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…