63 baxış
Bu yazını paylaşın
Siyasi

Qırğızıstan portalında Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri ilə bağlı yazı yerləşdirilib

16 May 2022

Qırğızıstandakı “turktoday.info” portalı öz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfəri ilə bağlı AZƏRTAC-ın materiallarını rus dilində yerləşdirib.

Portal bildirir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Sayt yazır ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.

Qeyd olunub ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə edib.

Bildirilir ki, sonra Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimi keçirilib, Dövlət başçıları mərasimdə çıxış ediblər.

Portal Azərbaycan Prezidenti İlham Əliyevin mərasimdəki çıxışını da tam olaraq verib.

Sayt yazır ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…