278 baxış
Bu yazını paylaşın
Siyasi

Qırğızıstan portalı Prezident İlham Əliyevin “Rossiya 24” telekanalına müsahibəsini rus və türk dillərində yayımlayıb

31 Yanvar 2022

Qırğızıstanın “goldenbridgenews.com” portalı yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişinin AZƏRTAC-da verilən mətnini çap edib. Portalda, həmçinin müsahibənin mətni də türk dilinə tərcümə edilərək yayımlanıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, verilişdə Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı bir sıra taleyüklü məsələlərə aydınlıq gətirilir.
Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə deyir: “Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik”.
Materialda bildirilir ki, bu gün Azərbaycan dünyada enerji təhlükəsizliyinə nail olmaqda liderlər sırasındadır. 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi barədə yeni Saziş imzalanıb. Bu layihəyə 36 milyard dollardan çox sərmayə qoyulub. 500 milyon ton neft çıxarılıb. 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu qaz kəməri – TANAP-ın rəsmi açılışı olub. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə, proqnozlaşdırılan ehtiyatlar təqribən 3 trilyon kubmetrə bərabərdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…