220 baxış
Bu yazını paylaşın
Siyasi

Qırğızıstan portalı Azərbaycan Prezidentinin AZƏRTAC-a müsahibəsini rus dilində dərc edib

01 Fevral 2022

Qırğızıstanın “turktoday.info” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsini rus dilində dərc edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə Gəncə şəhərində görülən işlər, yeni tikilən obyektlərin istifadəyə verilməsi, Vətən müharibəsi günlərində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlinin qoyulması, bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması, aradan qaldırılması və digər məsələlərə aydınlıq gətirib.
Azərbaycan Prezidenti İlham Əliyev Memorial Kompleksin təməlinin qoyulmasından danışaraq deyib: “Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…