31 baxış
Bu yazını paylaşın
Siyasi

Qırğız Respublikası Qarabağın bərpasında iştirak edə bilər

20 Aprel 2022

Qırğız Respublikasının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə dair infrastruktur layihələrində iştirak etməsi iki ölkə tərəfindən dəyərləndiriləcək.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, bu barədə iki ölkə prezidentinin bu gün Bakıda keçirilən görüşündən sonra imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində bildirilir.

Sənədə görə, hər iki tərəf BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə sadiq olduqlarını təsdiqləyərək bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını qarşılıqlı olaraq dəstəkləyirlər.

“Tərəflər strateji xarakter daşıyan qarşılıqlı əməkdaşlığın bütün istiqamətləri, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair siyasi dialoqu bundan sonra da hərtərəfli inkişaf etdirməyə hazır olduqlarını bildirirlər”, – Bəyannamədə qeyd olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…