39 baxış
Bu yazını paylaşın
Siyasi

QHT sədri: Gəncədə həyata keçirilən quruculuq və abadlıq işləri bölgənin gələcəyinə edilən yatırımdır

02 Fevral 2022

Prezident İlham Əliyevin Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə səfəri hər zaman olduğu kimi, yenə də böyük sosial layihələrin açılışı və ya təməlinin qoyulması ilə yadda qaldı. Sözsüz ki, dövlətimizin başçısı regionların inkişafına hər zaman xüsusi önəm verib, işğaldan azad edilmiş bölgələrin dirçəldilməsi ilə yanaşı, Azərbaycanın digər rayon və şəhərlərinin abadlaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Azərbaycanın ikinci böyük şəhəri, eyni zamanda, ölkənin qərb qapısı sayılan Gəncə dövlətimiz üçün hər zaman strateji əhəmiyyətli olub. Məhz bu baxımdan şəhərdə açılan sosial obyektlərin və həyata keçirilən nəqliyyat layihələrinin istiqamətinə baxarkən aydın olur ki, burada məqsəd Azərbaycanın qərb qapısı olan Gəncədən keçən nəqliyyat qovşaqlarının tamamlanması və onun beynəlxalq tranzit rolu oynamasıdır. Bakıdan Gəncəyə dəmir yolu xəttinin tam modernləşdirilməsi, eyni zamanda, Bakı-Gəncə avtomobil yolu və Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun tikintisinin tamamlanması, eyni zamanda, şəhərdaxili yolların yenidən qurulması Gəncənin aparıcı nəqliyyat qovşağına çevrilməsindən xəbər verir.

“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
QHT sədri diqqətə çatdırıb ki, son illərdə Gəncədə strateji əhəmiyyətli mühüm sosial layihələr uğurla icra edilib. Şəhərin tam qazlaşdırılması başa çatıb, elektrik enerjisi ilə təchizat öz həllini tapıb, 10 yarımstansiya tikilib və ya təmir edilib. Hazırda şəhərdə 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir və bu layihə ilə Gəncənin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Prezident İlham Əliyevin Azərbaycan dövlətinin sosial dövlət olduğunu hər zaman vurğulaması bu səfərdə də özünü göstərdi. Səfər çərçivəsində yeni “ASAN xidmət” mərkəzinin açılışı və Gəncə lokomotiv deposunun istismara verilməsi şəhərdə yüzlərlə gəncin iş yeri ilə təmin olunmasına gətirib çıxaracaq, eyni zamanda, əhalinin rahatlığına xidmət edəcək.
“Gəncə Dram Teatrının yeni binasının istifadəyə verilməsi və Gəncə İdman Sarayının inşası şəhər əhalisinin, gənclərimizin mədəni inkişafında mühüm rol oynayacaq. Əlbəttə ki, Gəncə nəinki bu gün, hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olub. Son illərdə şəhərdə 245 çarpayılıq xəstəxananın yenidən tikilib istifadəyə verilməsi, əlavə 200 çarpayılıq modul tipli xəstəxananın quraşdırılması pandemiya dönəmində əhalinin sağlamlığına göstərilən ən böyük qayğıdır. Bu qəbildən olan layihələr arasında 30-dan çox məktəbin tikilməsi və təmir edilməsini, Gəncədə yerləşən tədris ocaqlarının yeni korpuslarının və yataqxanalarının yenidən qurulub istifadəyə verilməsini qeyd etmək lazımdır”, – deyə V.Əhmədov bildirib.
QHT sədrinin sözlərinə görə, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Gəncədə də sakinlər mətin və qorxmazdırlar. İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Ermənistanın hərbi cinayətkar qrupları tərəfindən ən ağır raket zərbələri məhz Gəncənin yaşayış məhəlləsinə endirilsə də, gəncəlilər dövlətin və Prezidentin ətrafında həmrəy oldular, şəhərdə sona qədər qalaraq Ordumuza mənəvi dəstək verdilər. Raket zərbələri nəticəsində Gəncə şəhərinin infrastrukturuna və mülki əhalisinə böyük ziyan dəydi, körpə və qadınlar da daxil olmaqla onlarla insan həyatını itirdi.

“Gəncənin bu çətin anında dövlətimiz də onu tək buraxmadı, hadisələrdən dərhal sonra baş verənlər dünya mediasında geniş işıqlandırıldı, şəhərə beynəlxalq nümayəndə heyətlərinin səfərləri təşkil olundu. Əlbəttə ki, bu, şəhər əhalisinə böyük ruh verdi. Eyni zamanda, evləri dağıdılan əhaliyə tez bir zamanda kompensasiya verilərək bütün evlər və şəhərin infrastrukturu bərpa olundu. Bu gün Gəncə artıq zamanın ağır sınaqlarından üzüağ çıxmış qəhrəman bir şəhər kimi tanınmağa başlayıb və hətta bu gün Kəlbəcərin bərpasında Gəncənin strateji mövqeyindən geniş istifadə olunur. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində AXC-Müsavat cütlüyünün çirkin siyasi əməlləri nəticəsində Gəncə dövlətçilik tariximizə qiyam səhifəsi kimi düşmüşdür, son hərbi əməliyyatlar artıq Gəncəni tamam başqa bir rolda, daha çox dövlətçiliyimizin keşiyində olan bir məkan kimi yaddaşlara həkk etdi”, – deyə İctimai Birliyin sədri qeyd edib.
Vüqar Əhmədov vurğulayıb ki, bu gün Gəncədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, həyata keçirilən sosial və iqtisadi layihələr bölgənin, ümumilikdə Azərbaycanın gələcəyinə edilən yatırımlardır. Həyata keçirilən tədbirlər və Prezident İlham Əliyevin Gəncə şəhərinə son səfəri məhz gələcəklə bağlı konseptual inkişafımızın mühüm bir mərhələsi sayıla bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…