25.10.2024 19:36:52
27 baxış
Bu yazını paylaşın
Siyasi

QHT sədri: Azərbaycanın bölgənin sabitliyinə və təhlükəsizliyinə hesablanmış müstəqil siyasəti ABŞ tərəfindən yüksək qiymətləndirilir

23 Mart 2022

Azərbaycan-ABŞ münasibətləri hər zaman strateji xarakter daşıyıb və ölkələrimiz arasında regional təhlükəsizlik sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan hər zaman regionda ABŞ-ın etibarlı tərəfdaşı rolu qismində çıxış edib və hazırda da iki dövlət arasında rəsmi səviyyədə geniş tərəfdaşlıq var. İstər Respublikaçılar, istərsə də Demokratların dövründə Azərbaycan hökuməti ABŞ-la sağlam, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri qoruyub saxlaya bilib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovun “Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıq dayanıqlı sülhə və təhlükəsizliyə xidmət edir” sərlövhəli məqaləsində yer alıb.
Yazıda bildirilib ki, Azərbaycanın yürütdüyü müstəqil, bölgənin sabitliyinə və təhlükəsizliyinə hesablanmış siyasəti ABŞ tərəfindən hər zaman yüksək qiymətləndirilir.
Qeyd olunub ki, Azərbaycanın 44 günlük müharibədə bölgədə yaratdığı yeni geosiyasi reallıq, heç şübhəsiz, dayanıqlı sülhə və təhlükəsizliyə xidmət edir. ABŞ bundan sonra da Azərbaycanın bölgədə sülhü möhkəmləndirməyə xidmət edən səylərinə dəstəyini göstərəcək və ortaq maraqlardan çıxış edəcək. Bu gün iki dövlət arasında münasibətlər məhz Azərbaycanın yaxın tərəfdaşları ilə birlikdə bölgədə yaratdığı yeni reallıq əsasında formalaşır. Bir zamanlar ABŞ Administrasiyası erməni lobbisinin təsiri ilə Türkiyəyə təsir edərək bölgədə konfiqurasiyanı dəyişmək və Qarabağ münaqişəsi öz həllini tapmamış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına çalışırdı. Lakin Prezident İlham Əliyevin bu sahədə qətiyyətli mövqeyi, Qarabağ məsələsində nümayiş etdirdiyi prinsipial mövqe bölgədə yarana biləcək yeni konfiqurasiyanın Azərbaycansız mümkün olmayacağı reallığını bir daha ortaya qoydu. İndi bütün dünya gücləri Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqla hesablaşır. Azərbaycanın sülh quruculuğu sahəsində göstərdiyi səylər, regionda yeni iqtisadi əməkdaşlıq və nəqliyyat şəbəkəsini yaratması istiqamətində fəaliyyəti ABŞ tərəfindən yüksək qiymətləndirilir. Bu gün Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması istiqamətində atılan addımlar Azərbaycanın mövqeyi nəzərə alınaraq həyata keçirilir. Azərbaycan tərəfi işğaldan azad olunan torpaqlarda quruculuq işlərində Qərb şirkətlərinin fəal iştirakına dəfələrlə rəsmi çağırış edib.
ABŞ Prezidenti Co Baydenin bu günlərdə Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlaması Azərbaycanın rəsmi Vaşinqton üçün etibarlı tərəfdaş olmasını bir daha sübut edir. Xüsusən bu məktubda diqqətçəkən məqam milli bayramımızın Azərbaycan dilində qeyd olunmasıdır.
Əlbəttə, dünyanın supergüc dövləti olan ABŞ həm Azərbaycanın vətəndaş cəmiyyəti institutları, eyni zamanda, siyasi hakimiyyəti ilə fəal əməkdaşlıq edir. Çünki ABŞ üçün bu bölgə xüsusi əhəmiyyət kəsb edir. ABŞ Administrasiyasının Azərbaycan hökuməti ilə bütün dönəmlərdə enerji təhlükəsizliyi, regional təhlükəsizlik, nəqliyyat və infrastruktur, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlığı olub.
Bu il biz ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edirik. Ötən 30 ilə nəzər saldıqda və qiymət verdikdə, tam əminliklə demək olar ki, Azərbaycan hər zaman ABŞ-ın etibarlı tərəfdaşı olub. Bu münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar, xalqların rifahına və ölkələrin tərəqqisinə xidmət edib. ABŞ tərəfindən ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan müraciətləri nəzərə alaraq tam əminliklə demək olar ki, qarşıdakı illərdə də iki dövlət arasında münasibətlər prioritet təşkil edəcək və yeni sahələri əhatələyəcək. Bu sahələrin əsasən texnologiya, innovasiya, ətraf mühit, enerji və elm sahələrini əhatə edəcəyi gözlənilir. Dövlətimizin başçısının Qərb liderləri ilə sıx təmasları, onlar tərəfindən ölkəmizə və onun rəhbərinə ünvanlanan mesajlar ondan xəbər verir ki, Azərbaycanın Qərb institutları ilə bundan sonra da əməkdaşlığı inkişaf edəcək, bölgəmizdə sülhə, rifaha və tərəqqiyə töhfə verəcək. Şübhəsiz ki, bütün bunların əsasında Azərbaycan Liderinin dünyada böyük nüfuz sahibi olması, ölkəmizin milli maraqlarından çıxış edərək bütün tərəfdaşlarla qurduğu konstruktiv əməkdaşlıq və praqmatik yanaşma dayanır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top