21 baxış
Bu yazını paylaşın
Siyasi

QHT sədri: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasına mane olmayacaq

12 Mart 2022

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün və işğalçılıq siyasətinin acı nəticələrindən biri də xalqımızın mədəni irsinin hədəf alınması, işğal edilmiş ərazilərdə yerləşən mədəni irs obyektlərinin məhv edilməsi və ya zədələnməsidir. Bununla bağlı kifayət qədər foto və video faktlar mövcuddur. Xarici, xüsusilə avropalı mütəxəssislər həmin faktlara nəzər yetirilməsi, onların monitorinqinin aparılması üçün dəfələrlə Azərbaycana dəvət olunub. Amma maraqlıdır ki, bu dəvətdən fərqli bəhanələrlə boyun qaçıran bir sıra Avropa dövlətlərinin deputatları indi qarşı tərəfin mövqeyindən çıxış edirlər.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Martın 10-da Avropa Parlamentində müzakirə olunan “dırnaqarası” qətnamə də həmin qərəzli mövqenin növbəti nümunəsidir. Sual olunur ki, niyə həmin deputatlar işğal nəticəsində mədəni irs obyektlərinə hər hansı formada yetirilən zərərə görə Ermənistanı hüquqi məsuliyyətdə ittiham etmirlər?! Hər bir tərəfə, hər bir mövzuya obyektiv və “şəffaf münasibət” bəslədiklərini iddia edən avropalı millət vəkilləri niyə Ermənistan tərəfindən işğal nəticəsində Qarabağ ərazisindəki mədəni irs obyektlərinə vurulan zərəri görmək istəmirlər? Sual sadə olsa da, ona cavab vermək avropalı deputatlar üçün çox çətindir.
Bu fikirləri Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev söyləyib.
A.Mirzəyevin sözlərinə görə, Avropa Parlamenti üzvlərinə yaxşı bəlli olmalıdır ki, Azərbaycanın onilliklərdir işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs demək olar tamamilə məhv edilib. Abidələrimizin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı müharibə cinayətlərinə bərabər fəaliyyət həyata keçirilib. Bu məsələ Azərbaycan tərəfindən beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları qarşısında davamlı şəkildə qaldırılsa da, Avropa Parlamentinin üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur.
“Bütün bu qərəzli mövqeyin şahidi olan Azərbaycan vətəndaşı üçün isə həqiqət ali və dəyişməzdir. Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ötən gün Avropa Parlamentində irəli sürülən sənəd isə bir daha “Köhnə qitə”də hələ də qeyri-sağlam düşüncəli siyasətçilərin olduğunu göstərir. İstənilən halda, münaqişənin indiki həlli dövründə belə sənədlər Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasına mane olmayacaq. Çünki dünyaya açılan pəncərəni bir sənəd və ya bir məqalə ilə örtmək mümkün deyil. İndi hər kəs ədaləti, həqiqəti şəxsən araşdıra və sərbəst şəkildə öz mövqeyini bildirə bilər” , – deyə QHT sədri qeyd edib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…