14 baxış
Bu yazını paylaşın
Siyasi

“QHT Agentliyi tədqiqatla bağlı layihələrə üstünlük verib və qaliblər obyektiv seçilib” – RƏY

26 May 2023

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi həmişə bizə dəstək olub. Kimsə bir dəfə qalib gəlməyibsə, agentlikdən üz döndərməməlidir. Sadəcə oturub ortaq məxrəcə gəlmək lazımdır ki, gələcəkdə verilən layihələr daha yaxşı olsun”.

Bunu “Telejurnal” a açıqlamasında “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova deyib.

O bildirib ki, agentliyin elan etdiyi müsabiqəyə layihə təqdim edib və qalib olub: “Əvvəldən layihəmin qalib gələcəyinə inanırdım. Çünki düşünürdüm ki, yaxşı layihə yazmışam. Layihəm insan alveri qurbanları ilə bağlıdır. Orada azyaşlı qızların cinsi istismara məruz qalması ilə bağlı maarifləndirmə və tədqiqat aparmaq istədiyimi qeyd etmişəm. Budəfəki seçimlərdən başa düşdüm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tədqiqatlara üstünlük verir. Yəni boş-boşuna maarifləndirmənin artıq effekti olmur. Buna görə də tədqiqat aparıb problemlərin səbəblərini tapmalıyıq. Ümumilikdə belə başa düşürəm ki, tədqiqatla bağlı layihələr qalib olub”.

G.Səfərova qalib olmayan layihələrlə bağlı məlumatının olmadığını vurğulayıb: “Buna cavabı agentliyin Müşahidə Şurası verə bilər. Qiymətləndirmədə onların fikri nəzərə alınıb. Biz bir ailəyik və agentlik də hər zaman bizə dəstək olub. Düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi narazı qalanlarla bağlı addım atacaq, onlarla görüşüb, səbəbləri açıqlayacaqlar”.

Birlik rəhbəri qalib olmayanlara tövsiyə verib: “Ruhdan düşməsinlər, layihələrinə bir daha diqqətlə baxsınlar”.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair və 2023-cü il kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…