27 baxış
Bu yazını paylaşın
İctimai

QHT Agentliyi Naftalanda üç günlük təlim keçirəcək

02 Avqust 2023

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Naftalanda üç günlük təlim keçirəcək.

Bu barədə   Agentlikdən məlumat verilib.

Dövlət Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin II İnkişaf və Mübadilə proqramı”nı elan edib.

Bununla əlaqədar olaraq 25-27 avqust 2023-cü il tarixlərində proqram çərçivəsində Naftalan şəhərində 3 günlük təlimlər təşkil olunacaq.

Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Seçimdə ilk dəfə iştirak edənlərə, QHT-də layihə yazılması üzrə məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara, regionlarda faəliyyət göstərən QHT-lərə, xarici dil bilgisi olan şəxslərə (ingilis dili) üstünlük veriləcək.

Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 13 avqust 2023-cü il saat 18:00-a kimi cavablandırılaraq Agentliyə göndərilməlidir.

Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil ediləcək və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçiriləcək.

İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunacaq.

Təlimdə iştirak üçün onlayn sorğu

https://docs.google.com/forms/d/e/1FAIpQLSegP1siI11AnjIk7aM6_lNn0PqDEY14Wdp_46qwt8Ea0NsA9g/viewform

Qeyd edək ki, QHT-lərin I İnkişaf və Mübadilə Proqramında (Mingəçevir) iştirak edən şəxslər bu təlimə müraciət edə bilməzlər. Həmçinin, təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər. Agentlik Bakıda və bölgələrdə fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…