43 baxış
Bu yazını paylaşın
İctimai

Qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə verilməsi üşün 7 şəhərdə sənəd qəbulu keçirilir

13 İyul 2023

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sənəd qəbulu həyata keçirilir.

Nazirlikdən   bildirilib ki, Fərmana müvafiq olaraq, 1 iyun 2023-cü il tarixinədək tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığı baxımından müayinə edilməsi, müayinələrin nəticəsinə dair istismara hazır olması barədə rəylərin tərtib edilməsi və bu rəylər əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi nəzərdə tutulur.

Bu məqsədlə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı, Gəncə, Xaçmaz, Yevlax, Salyan, Lənkəran və Qəbələ şəhərlərində Fərmanın icrası ilə bağlı sənəd qəbulu aparılır. Qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi üçün ərizə və ona əlavə edilmiş müvafiq sənədlər qeyri-yaşayış obyektinin sifarişçisi (sahibi) və ya onun qanuni nümayəndəsi tərəfindən şəxsən təqdim edilməlidir.

Ərizə forması, tələb olunan sənədlər, sənəd qəbulu aparılan ünvanlar və digər müvafiq məlumatları bu linkə daxil olmaqla əldə etmək mümkündür.

Qeyd edək ki, sənədlərin qəbulu 1 yanvar 2025-ci il tarixinədək davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…