35 baxış
Bu yazını paylaşın
Siyasi

Qərbi Azərbaycan Xronikası: Qərbi Azərbaycana açılan qapı

22 İyun 2023

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Telejurnal xəbər verir ki, “Qərbi Azərbaycana açılan qapı” adlı süjetdə ikinci Qarabağ müharibəsindən sonra Qərbi azərbaycanlıların Ermənistan tərəfindən pozulan hüquqlarının bərpasının beynəlxalq normalar çərçivəsində təmin olunmasının vacibliyi vurğulanır.

Bildirilir ki, Qərbi Azərbaycanın yer adlarının yenidən rəsmi olaraq Azərbaycanda ilkin variantda yazmağa və deməyə başlaması erməniləri hürkütməklə yanaşı, soydaşlarımızın gələcəkdə yığcam yaşadıqları ərazilərə qayıtmasına yardım edə bilər: “Azərbaycanda adların əvvəlki şəkildə adlandırılmasından Ermənistanda indi narahat olmağa başlayıblar. İrəvan Dövlət Universitetinin kafedra müdiri Vardan Voskanyan rəsmi Bakının toponimlər probleminə ciddi diqqət yetirdiyindən bəhs edib. O, bu istiqamətdə baş verənləri “toponimlər müharibəsi” adlandırıb və bildirib ki, rəsmi Bakı bununla Qərbi Azərbaycan üçün açıq-aşkar qapı açır. Bu, az qala Ermənistan dövlətçiliyi, müstəqilliyi və təhlükəsizliyi üçün ciddi təhdiddir”.

Süjetdə Ermənistanın mono-etnos dövlət halına düşdüyü, 200 ilə yaxındır xülyalarla yaşayan, türklərə hər addımda xəyanət edən ermənilərin Qərbi azərbaycanlıların öz evlərinə qayıdacaqlarını, onların da Ermənistan vətəndaşı olduqlarını hələ qəbul edə bilmədikləri diqqətə çatdırılır.

Məlumat verilir ki, Azərbaycan 1988–1991-ci illərdə Ermənistandan son olaraq 250 min qərbi azərbaycanlı qaçqın qəbul edib: “Bunların əksəriyyəti Ermənistanın 22 rayonundan didərgin salınan azərbaycanlılardır. Repatriasiya zamanı onların öz rayonlarına qayıtması və yığcam şəkildə yaşaması təhlükəsizliklərinin təmin olunması üçün əsas şərtdir. Qayıdış zamanı onları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi qəbul ediləcək. Bu, qərbi azərbycanlıların insan hüquqlarına hörmətsizlik və ümumilikdə insan haqlarının pozulmasıdır”.

Qeyd olunur ki, Qərbi Azərbaycan türklərinin hüquqlarının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (2, 3, 13 və 15) uyğun maddələri ilə qorunması qərbi azərbaycanlıların öz yurdlarına qayıtması, yaşaması, toxunulmazlığı üçün kifayət edir: “Heç kimin, o cümlədən, Ermənistanın və havadarlarının qərbi azərbaycanlıları öz vətəndaşlığından məhrum etmə hüququ yoxdur. Bütün qanunlar və beynəlxalq aktlara əsasən, onlar Qərbi Azərbaycanda yığcam yaşaya və vətəndaşlıqlarını bərpa edə bilərlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…