48 baxış
Bu yazını paylaşın
Siyasi

“Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır

31 İyul 2023

“Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır.

Bu barədə  Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd edilib ki, son 200 ildə ağrı-acı və məşəqqətlərlə üzləşən və ötən əsrdə dörd dəfə öz ata-baba yurdundan didərgin salınan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası (1987-1991) zamanı – 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyətinin 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkilatlanması və indiki Ermənistan ərazisindən zorla çıxarılan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə aktiv məşğul olması həm də Qərbi Azərbaycan həqiqətlərinin mümkün geniş təbliğ edilməsinin vacibliyini artırır. Bu məqsədlə İcmanın nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır. Avqustun 1-dən etibarən ilkin olaraq həftədə 4 dəfə saat 17:00 –da iki saatlıq efirlə qarşınızda olacaq kanalın Azərbaycan və Rus dillərində buraxılışları nəzərdə tutulub. Gələcəkdə ingilis dilində də efirin olması planlaşdırılır.

“İlk efirlərimizdən etibarən peşəkar komandamız və tanınmış aparıcılarımızdan ibarət heyyətimizin təqdim etdiyi “Müzakirə vaxtı”, bir- birindən maraqlı süjetlərimiz, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlərimiz, soydaşlarımızın ağrı – acısını əks etdirən insan hekayələrimiz, o cümlədən həmin verilişlərin rus versiyası və “Время дискуссии” proqramları ilə son 200 ildə soydaşlarımızın, tarixi – mədəni abidələrimizin, toponimlərimizin üzləşdiyi haqsızlıq, eləcə də qarşıda dayanan geri qayıdış məqsədi və məramına dair zəngin efir izləmək imkanınız olacaq.

Qərbi Azərbaycana qayıdış yolunda addımlarımıza dəstək olmaq üçün yaradılan “Qərbi Azərbaycan TV” internet televiziyasına sizlərin də dəstək olmasını rica edir, təqdim etdiyimiz çox maraqlı və baxımlı verilişlərimizi aşağıdakı linklərdən izləməyə dəvət edirik”, – məlumatda vurğulanır.

Qərbi Azərbaycan TV –nin youtube kanalı – https://youtube.com/@QerbiAzerbaycanTV

Qərbi Azərbaycan TV –nin twitter ünvanı – https://twitter.com/qerbiazetv?t=EeeLyGJusWT_OZygDiHfKA&s=08

Qərbi Azərbaycan TV –nin facebook ünvanı – https://www.facebook.com/profile.php?id=100095259673458

Qərbi Azərbaycan TV –nin instagram ünvanı – https://instagram.com/qerbi.aze.tv?igshid=OGQ5ZDc2ODk2ZA==

Qərbi Azərbaycan TV –nin tiktok ünvanı – https://www.tiktok.com/@qerbi.aze.tv?_t=8eQZu0Kh0Zb&_r=1

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…