19 baxış
Bu yazını paylaşın
Siyasi

Qərbi Azərbaycan İcması UNHCR-nın ölkəmizdəki nümayəndələri ilə görüşüb

18 İyun 2023

Ermənistandan çıxarılan azərbaycanlı qaçqınları özündə birləşdirən və onların geri qayıdış hüququnun müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ölkəmizdəki nümayəndələri ilə görüşüb.

Telejurnal  Qərbi Azərbaycan İcmasının feysbuk səhifəsinə istinadla bildirir ki, qayıdış prosesinin həyata keçirilməsində beynəlxalq dəstəyin əhəmiyyətinə önəm verən İcma daha əvvəl BMT və onun ixtisaslaşmış qurumlarının bu prosesə yardım etməsi çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə müraciət etmişdi.

Görüş zamanı bir sıra mövzular, o cümlədən repatriasiya, reinteqrasiya, qaçqınların problemlərinin həlli, qarşıdan gələn Ümumdünya Qaçqınlar Günü ilə bağlı fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını dünyada qaçqınların hüquqları və rifahını qorumaq öhdəliyinə sadiq qaldığına görə təqdir edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…