43 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Qərbi Azərbaycan İcması bəyanat yayıb

06 İyun 2023

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Telejurnal daxil olan bəyanatda deyilir:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər bu günlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv və riyakar siyasətini nümayiş etdirməkdə davam edirlər.

Xatırladaq ki, Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşamış yüz minlərlə azərbaycanlının hamısını qovub və onların mədəni irsini sistemli şəkildə dağıdıb. Ermənistan hökuməti həmin insanların qanuni təmsilçisi olan Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin edilməsi üzrə dialoqa başlamaq çağırışlarına cavab vermir.

Ermənistan, öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkəranə şəkildə imtina etməsi azmış kimi, Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında Azərbaycan Respublikasının ərazi bütövlüyünə zidd olan və dövlətlərin daxil işlərinə qarışmaq prinsipini pozan yanaşma sərgiləyir. Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermənilər ilə bağlı hansısa beynəlxalq mexanizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər”.

Bəyanatda daha sonra vurğulanır ki, Ermənistan hökumətinin Qərbi Azərbaycan İcmasının dialoq çağırışını cavabsız qoyması və Azərbaycan hökumətinin dialoq dəvətinə mənfi cavab vermiş və Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar qarşı çıxan separatist ünsürlər üçün hansısa beynəlxalq mexanizmin yaradılmasına çalışması, bu ölkənin destruktiv siyasətini göstərir:

“Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…