110 baxış
Bu yazını paylaşın
İctimai

Qələbə müjdəli Bakı bayraqlara bürünüb

09 Noyabr 2020
Qələbə müjdəli Bakı bayraqlara bürünüb

Artıq iki aya yaxındır ki, üçrəngli bayrağımız Bakının küçə və prospektlərinə, park və meydanlarına, habelə yaşayış, inzibati binalarına xüsusi gözəllik bəxş edir.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Bakıda, eləcə də respublikamızın bütün şəhər və rayonlarında müstəqilliyimizin, dövlətçiliyimizin simvollarından olan üzrəngli bayraqlarımız dalğalanmaqdadır.

Azərbaycan Ordusunun sentyabrın 27-də cəbhədə düşmənin təxribatının qarşısını alması və uğurlu əks-hücum əməliyyatından sonra vətəndaşlar hərbçilərimizə dəstək məqsədilə bayraq aksiyasına başlayıblar. Noyabrın 8-də ordumuzun Şuşanı işğaldan azad etməsi paytaxt sakinlərinin böyük sevinci, coşqusu, zəfər bayramı sevinci ilə qarşılanıb. Üstəlik, daha bir fərəhli gün – 9 noyabr – Dövlət Bayrağı Günü sevinci sevincə qatdı. Bakı üçrəngli bayrağa bürünərək cəbhədən yeni-yeni müjdələr, qələbə xəbərləri gözləyir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…