289 baxış
Bu yazını paylaşın
Maraqlı

Qədim Yunan mifologiyası

08 May 2023

Kimlərinə nağıl toplusu kimi görünsə də, dünya incəsənətinə və bəşər tarixinə əvəzolunmaz dərəcədə zənglik qatan yunan miflərinin tarixi çox qədimlərə gedib çıxır.Yunan Mifologiyası özünəməxsus xüsusiyyətlərinə görə  digər xalqların mifologiyasından mütləq dərəcədə fərqlənir.Mövzü ilə bağlı Telejurnal.az yazını sizə təqdim edir.

Gəlin biraz Yunan miflərinə səyahət edək. 

Yunan Mifologiyasının Ən böyük Tanrıları Olimposda yaşayan:  Zeus, Hera, Poseydon,Hades,  Demetra,  Afina, Apollon, Ares, Artemis, Afrodita, Hefest, Ve Dionisdən ibarət 12 Olimp tanrısıdır.

Yunan mifologiyasının ən böyük Üç Allahı Zeus(Göy Allahı)  Poseydon( Dənizlər və okeanlar Allahı) və Hades(Yeraltı səltənəti Allahı)-dır

Həmçinin,  Hera-doğum və qadın tanrısı, Demetra-əkinçilik tanrısı, Afina-ağıl və strategiya tanrısı, Apollon-incəsənət və musiqi tanrısı, Ares-savaş tanrısı, Artemis-ay tanrısı, Afrodit-Gözəllik və sevgi tanrısı, Hefest-dəmirçilik tanrısı, Dionis isə şərabçılıq tanrısı olaraq bilinir.

Səma Allahı Zeus qadınlarla olan sərgüzəştləri ilə Yunan mifologiyasında bir xeyli səs gətirmişdir.

Yunan mifləri dediqodu, və sərgüzəştlər baxımından bütün digər  dünya miflərini geridə qoyar   desək, yanılmarıq.

Gəlin Yunan Mifologiyasındakı  ən maraqlı miflərə nəzər salaq.

 

Apollonun ümidsiz sevgisi. Apollun Yunan mifologiyasının ən sevilən tanrılarındandır.Apollon Zeus və Letonun övladıdır. Musiqi, şeir, yaşamın Allahı olaraq bilinən Apollon, gözəlliyi və qüdrəti ilə sözünü demiş  Tanrıça Artemisin əkizidir. Eyni zamanda Böyük Troya müharibəsi zamanı, Troyalıların tərəfini tutmuş bir Tanrıdır. Onun qəhrəmanlığı çoxdur, lakin biz bu gün onun ümidsiz sevgisindən danışacıq .

Dafne və Apollonun sevgisi dillərə dastan olmuşdur. Dafne bir nympe su pərisdir. Olduqca gözəl olduğu söylənən Dafne  həyatında sevgi istəməz və buna görə heç kimə üz verməz. Apollon isə ümidsizcə Dafneyə aşiq olmuşdur. Bütün bunların səbəbi isə Şəhvət və sevgi tanrısı olan Erosdur. Apollon bir gün Erosun oxçuluq qabiliyyəti ilə zarafat edər, və Eros bundan qəzəblənərək intiqam alacağını söylər. Və Apollonu Dafneyə ümidsizcə aşiq edəcək olan oxu Apollonun qəlbinə, və Dafneni ondan qaçıracaq olan oxu da Dafnenin qəlbinə sancar. Apollon nə qədər Dafnenin arxasıyca düşsə də, Dafne ondan qaçar və Yer tanrısı Gala-dan kömək istəyər. Gala isə ona kömək etmək məqsədilə Dafneni sonsuzadək  bir Dəfnə ağacına çevirər . Apollon ümidsiz sevgisinə  əsla qovuşa bilməyəcəyini anlayaraq dəfnə ağaclarından özünə bir tac düzəldərək taxar və bunu heç vaxt çıxarmaz. Və Dəfnə yarpaqlarından hazırlanmış tac onun sonsuz eşqinin təcəssümü olur.

 

 

Zəncirlənmiş Prometey

Prometeyin Zeusun əmriylə (Dəmirçilik Allahı) Hefest tərəfindən Qaf dağlarına zəncirləndiyini bilirsiz?

Prometey xarakter olaraq xeyirxah , insanların dərdinə yanan biri olubmuş. Bir gün  Prometey , Zeusun insanlara cəza olaraq vermədiyi odu oğurlayaraq camaata verir. İnsanlar buna görə çox sevinir və ona təşəkkür edirlər. Lakin Zeus bunu duyduqda çox qəzəblənir və Prometeyə cəza vermək qərarına gəlir. O Dəmirçilik Allahı Hefestə əmir verir ki , Prometeyi Qaf dağına zəncirləsin.  Hefest istəməyərək də olsa, bunu etməyə məcbur olur və Prometeyi Qaf dağına zəncirləyir. Lakin təəssüflər olsun ki, Prometeyin cəzası bununla da bitmir. Zeusun əmrinə görə  hər gün səhər Qaf dağına bir qarğa gələrək zəncirlə bağlanmış Prometeyin ürəyini yeyir.Qarğa ürəyi yeyib bitirdikdən sonra Prometeyin  ürəyi əvvəlki halına qayıdır və bu proses yüzillərlə təkrarlanaraq Prometeyin ağır işkəncələr çəkməsinə səbəb olur.

 

 

Afroditin ərini Hefest ilə aldatması

 

Yunan mifologiyasında dediqodu bitmir ki , bitmir.

Gözəllik Allahı olaraq bilinən Afrodit , çirkin və Topal olan əri Hefesti sevmir və onu  Savaş Tanrısı Ares ilə aldadır. Hadisəni görən Günəş Hefestə əhvalatı danışır. Hefest hörümək toru kimi yüngül,lakin dəmir qədər dayanıqlı,  insanın gözlə görməyəcəyi bir tor hazırlayaraq arvadının yatağının kənarına bağlayır. Ares və Afrodit yenidən birliktə olduqları zaman gözlə görülməyən tora ilişir və nə qədər əlləşsələr də,  çıxa bilmirlər. Bu zaman isə Hefest digər Olimp tanrılarını bu biyabırçı mənzərəni görmək üçün Lemnos adasına çağırır. Poseydon isə bu hadisəni gördükdən sonra qəzəblənmiş və sevgililəri rahat buraxması Üçün Hefesti tənbehləmişdir.

Hefest Aresi tordan azad edir və cəzalandırılacağını umur..

Lakin sonra işlər heç də onlar düşündüyü kimi getmir….

Yunan mifləri nə qədər ağlasığmaz və qalmaqallı olsalar da, dünya miflərinin formalaşmasında əvəzsiz rol oynamış, ədəbiyyat nümunələrinin yaranmasına ilham mənbəyi olmuşdur.

 

Nigar  Əkbərova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…