44 baxış
Bu yazını paylaşın
Uncategorized

Qəbiristanlığın vurulması nəticəsində ölənlərin sayı artdı – Fotolar

15 Oktyabr 2020

Bu gün Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olan mülki vətəndaşlarımızın sayı 4-ə çatıb.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, həmin vaxt dəfn edilən qadın İ.Əmirovun qayınanası, 80 yaşlı Məmmədova Rəfiqə olub. Tərtər rayonundan olan qadın Yevlaxda qızıgildə vəfat edib. Onun cənazəsi dəfn edilməsi üçün Tərtərə gətirilmişdi.

Xatırladaq ki, Tərtərdə bugünkü düşmən təxribatı nəticəsində ümumilikdə 4 mülki vətəndaşımız həlak olub, 4-ü isə yaralanıb.

Yaralılar:

Məmmədov Füzuli Əli oğlu (1966)

Əmirov Nofəl Yelmar oğlu (1968)

Allahverdiyev Elsevər Vəli oğlu (1979)

Qənzənfərli Rafael Qəzənfər oğlu (1986)

Həlak olanlar: 

Əmirov İskəndər Yelmar oğlu (1967)

Rüstəmov Vasif Bahadur oğlu (1960)

Orucov Pərviz Novruz oğlu (1989)

Zamanov Şakir Xasay oğlu (1988)

Qeyd edək ki, məlumata görə, P.Orucov “Mol Bulak” Bank Olmayan Kredit Təşkilatının Tərtər filialının müdiri olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…