255 baxış
Bu yazını paylaşın
İqtisadi

Qəbələdə özəlləşdirilən dörd qum-çınqıl yatağı istifadəyə verilib

19 Yanvar 2022

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
“TELEJURNAL” xəbər verir ki, xidmətdən AZƏRTAC-a bildirilib ki, yanvarın 17-də təşkil olunmuş növbəti hərracda Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 5, 10,5, 5 və 8 hektar sahəsi istifadəyə verilib.
“Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” qum-çınqıl yataqlarının LOT-1 üzrə, eləcə də, “Xırxatala” qum-çınqıl yatağının LOT-4 üzrə qalibi “Körpü-Bina-Tikinti” MMC olub. “Dəmiraparançay”ın LOT-2 və “Xırxatala”nın LOT-1 üzrə qalibi “SAND AZ” MMC-dir. “Dəmiraparançay”ın LOT-3 üzrə qalibi isə fiziki şəxs Qəribov Rauf Mübariz oğlu olub.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3Kfa1Vo )
Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı ötən ildən keçirilməyə başlayan hərraclarda 33 faydalı qazıntı yatağı istismara verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…