29 baxış
Bu yazını paylaşın
İdman

“Qəbələ” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək

16 İyun 2023

“Qəbələ” klubunun 2023/2024 mövsümünə hazırlıq planı müəyyənləşib

“Qırmızı-qaralar”dan “Telejurnal“a verilən məlumata görə, komanda iyunun 24-də Qəbələdə bir araya gələcək. İyulun 8-dək davam edəcək təlim-məşq toplanışının ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Qəbələ” toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Bölgə klubu Boluda məskunlaşacaq. Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

“Qəbələ”nin Türkiyəki hazırlıq prosesinin müddəti UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək.

“Qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və hazırlıqları ölkədə yekunlaşdıracaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…