34 baxış
Bu yazını paylaşın
İdman

“Qəbələ” Azərbaycan kubokunu qazandı

04 İyun 2023

Dünən Azərbaycan kubokunun 2023-cü il üzrə qalibi müəyyənləşib.

Telejurnal xəbər verir ki, həlledici görüşdə “Neftçi” və “Qəbələ” üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən görüşün əsas vaxtında komandalar qapılara yol tapa bilməyiblər. Buna görə də matç əlavə vaxtda davam edib. Bu vaxt “Qəbələ”dən İsnik Alimi 102-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Oyunda başqa qol olmayıb. Nəticədə “Qəbələ” Azərbaycan kubokunun sahibi olub.

Qeyd edək ki, bu günədək “Neftçi” 6 dəfə, “Qəbələ” isə 1 dəfə Azərbaycan kubokunun sahibi olub.

Xatırladaq ki, Premyer Liqada “Nefçi” 3-cü, “Qəbələ” isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib. Buna görə də matç avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşımayıb.

Qeyd edək ki, kubokun son qalibi “Qarabağ”dır.

Azərbaycan kuboku

Final

20:00. “Neftçi” – “Qəbələ” – 0:1 

Qol: İsnik Alimi, 102-pen. (0:1)

“Bakcell Arena”.

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…