20 baxış
Bu yazını paylaşın
Dünya

Qazaxıstan XİN başçısı: “Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir”

14 Sentyabr 2022

“Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir”.

“TELEJURNAL.AZ” “Zakon”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi dünyanın ənənəvi dini liderlərin qurultayının kluarında bildirib.

O deyib ki, Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək.

“Qazaxıstan Ermənistana öz sülhməramlılarını göndərəcəkmi?” sualına cavabında nazir deyib: “Yox. Hələ gündəlikdə belə bir məsələ yoxdur”.

O, sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclasının keçirildiyini xatırladıb. Nazir əlavə edib ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır:

“Ümumiyyələ, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsini bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…