43 baxış
Bu yazını paylaşın
İqtisadi

Qaz İxrac edən Ölkələr Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

26 Yanvar 2022

Katibliyi Doha şəhərində yerləşən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) yeni təyin olunmuş Baş katibi Məhəmməd Hamel Azərbaycanın Qətərdəki səfirliyində olub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov GECF-in Baş katibi Məhəmməd Hameli yeni təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
GECF-in Baş katibi qaz hasilatı və təchizatında Azərbaycanın böyük təcrübəsi və mühüm rolunu qeyd edərək, ölkəmizin forumun vacib iştirakçılarından biri olduğunu bildirib.
Görüşdə Azərbaycan və GECF arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı, həmçinin 2022-ci il fevralın 22-də Doha şəhərində keçirilməsi nəzərdə tutulan GECF-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının 6-cı Zirvə Toplantısına və onun ərəfəsində nazirlər səviyyəsində təşkil olunacaq görüşə hazırlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…