20 baxış
Bu yazını paylaşın
Siyasi

Qayıdış Konsepsiyası layihəsi ilə bağlı Qərbi Azərbaycan İcmasına çox sayda təklif göndərilib

23 Yanvar 2023

Qayıdış Konsepsiyası layihəsi ilə bağlı Qərbi Azərbaycan İcmasının təqdim etdiyi e-mail ünvana çox sayda təkliflər göndərilib.

TELEJURNAL xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq İcmanın mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.

İcma tərəfindən ictimaiyyətdən təkliflərin qəbul olunması üçün xüsusi e-mail ünvan yaradılaraq yanvarın 21-i saat 18:00-dək təkliflərin qəbul olunacağı bildirilmişdi.

Mətbuat katibi bildirib ki, e-mail ünvana gələn təkliflər alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri və xarici ekspertlər tərəfindən göndərilib. “Təkliflərin hər biri qeydə alınıb. Aralarında işimizə çox faydalı olacaq fikirlərin yer aldığı təkliflər var ki, bunun da Konsepsiya layihəsinin hazırlanması prosesində çox yararlı olacağını düşünürük. Bundan başqa, İcmada artıq bir neçə dəfə Qayıdış Konsepsiyası layihəsinə təkliflərlə bağlı idarə heyəti, ziyalılar, elm adamları ilə görüşlər keçirilərək dinləmələr aparılıb. Konsepsiya qəbul edildikdən sonra İcma fəaliyyətini bu sənəd üzərindən quraraq işinə davam edəcək”,-deyə icmanın sözçüsü vurğulayıb

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…