30 baxış
Bu yazını paylaşın
İctimai

Qaxda yol polisi sürücü və sərnişinlərə isti hava ilə bağlı kömək göstərib

02 Avqust 2022

Qax Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan TELEJURNAL-a verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən belə tədbir zamanı rayonun bir neçə yerində, xüsusilə də turistlərin daha çox üz tutduğu məkanlara gedən yollarda müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtlarında avtomobil, xüsusilə avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin su paylayıb, onların səhhətləri ilə maraqlanıblar.

İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerində həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. Yol polisi isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…