80 baxış
Bu yazını paylaşın
İctimai

Qasırğa Ağdamda ciddi fəsadlar törədib

31 May 2023

Ağdam rayonu ərazisində güclü küləyin əsməsi nəticəsində bir sıra kəndlərə ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasının verdiyi məlumata görə, Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Həsənxanlı kəndində məktəb binası və fərdi yaşayış evlərinin dam örtükləri sıradan çıxıb, bəzi evlərin daş divarları aşıb.

Çoxillik ağacların aşması nəticəsində 10 kVt elektrik xətlərini sıradan çıxarıb. Bir neçə fərdi yaşayış evlərinin üzərinə aşan ağaclar fərdi evlərə ciddi ziyan vurub.

Qasırğa ilə müşahidə olunan güclü yağış rayon ərazisində fəaliyyət göstərən kümçülərə də ziyan vurub. Belə ki, barama qurdlarının bəsləndiyi tikililəri su basıb.

Hazırda rayon ərazisinə dəyən ziyanın ilkin hesablamaları davam edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…