27 baxış
Bu yazını paylaşın
İctimai

Qari Ceykob: Qlobal konsensusun yaradılması ən vacib addımlardan biridir

17 İyun 2022

Bakı, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Müasir dünyada bir ölkənin digəri tərəfindən təcavüzə məruz qalması və ya işğal edilməsi beynəlxalq müstəvidə qəbuledilməz haldır. Bu baxımdan, qlobal konsensusun yaradılması ən vacib addımlardan biridir.

Bu sözləri müsahibədə IX Qlobal Bakı Forumunun iştirakçısı, Dünya İncəsənət və Elm Akademiyasının prezidenti və baş icraçı direktoru Qari Ceykob söyləyib.

O qeyd edib ki, münaqişələrin həll olunması məqsədilə konsensus yaradılması fikrini qloballaşdırmalıyıq. Bu günə qədər bu, Birləşmiş Millətlər Təşkilatı, diplomatlar tərəfindən həyata keçirilib. Bəs ictimaiyyət? Mühafizə təkcə dövlətlərin deyil, insanlığın da istəyidir. Bizim ümumi cəhətimiz odur ki, hamımız təhlükəsizliyimizin taleyindən narahatıq. Biz milli təhlükəsizlikdən insanların təhlükəsizliyinə çağırırıq. Ümumilikdə hər kəsin təhlükəsizlik hüququ var. Biz yeni dünya yaratmağa çalışırıq.

“Dünyada heç vaxt əsl sülh olmayıb. İndi isə əsl vaxtdır. Bu, dünya ölkələrinin razılaşması deyil, insanların istəyidir. Biz qlobal, sosial hərəkata çağırış edirik. Bu hamı üçündür, təkcə afrikalılar, ukraynalılar və ya avropalılar üçün yox. Təhlükəsizlik hamı üçün olmalıdır, bu, bizim ehtiyacımız olan çağırışdır”, – deyə Qari Ceykob bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…