50 baxış
Bu yazını paylaşın
İdman

“Qardaşlıq matçı” sülhlə bitdi

13 May 2023

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah” klubu Türkiyənin “Beşiktaş” klubunu qəbul edib.
Zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədi daşıyan bu oyun 3-3 hesabı ilə bitib.

“Tələbə”lərin heyətində icarə əsasında oynayan ukraynalı futbolçu Aleksey Kaşuk 5 dəqiqə ərzində dubl etməyi bacardı. Qonaqlar, Umut Meraşın iki qolu ilə hesabı bərabərləşdirdi. Beləliklə, ilk hissə 2-2 hesabı ilə bitdi.

Bol qollu oyunda növbəti dəqiq zərbə 62-ci dəqiqədə Cenk Tosundan gəldi və “Beşiktaş”ın bu üstünlüyü çox çəkmədi. 70-ci dəqiqədə Davit Volkov yenidən hesabı bərabərləşdirdi.

Həm futbol ictimaiyyəti, həm də azarkeşlər tərəfindən maraqla gözlənilən bu matç, “Qarabağ”-“Qalatasaray” oyunundan sonra eyni məqsədlə keçirilən ikinci oyun oldu.

13 may
18:00. Tofiq Bəhramov adına Respublika stadionu

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov

“Sabah” – “Beşiktaş” – 3:3
Qollar: 3′ Oleksey Kaschuk (as. Emmanuel Apeh) (1-0)
5′ Oleksey Kaschuk (as. Joy Lance Mickels) (2-0)
23′ Umut Meraş (as. Mert Günok) (2-1)
45′ Umut Meraş (2-2)
63′ Cebk Tosun (penalti) (2-3)
70′ David Volkov (3-3)

Uğursuz penalti: 41′ Joy Lance Mikkels

 

Heyətlər:
“Sabah”: 12. Yusif İmanov, 7. Boyan Letiç, 2. Amin Seydiyev, 19. Con İrasabal, 13. Abdullaye Ba, 10. Aleksey İsayev, 15. Kristian Da Silva, 4. Elvin Camalov (k), 8. Aleksey Kaşuk, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev

“Beşiktaş”: 34. Mert Günok, 2. Velentin Rozyer, 20. Necip Uysal (k), 23. Velinton, 77. Umut Meraş, 22. Berkay Vardar, 17. Kerem Atakan Kesgin, 44. Aleksandru Maksim, 4. Onur Bulut, 40. Cekson Muleka, 35. Semih Kılıçsoy

Baş məşqçi: Şenol Güneş

 

Aytac Təhməzli

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…