22 baxış
Bu yazını paylaşın
Dünya

Qaraqalpaqstanda komendant saatının müddəti azaldılıb.

14 İyul 2022

Özbəkistan parlamenti Qaraqalpaqstan Muxtar Respublikasında komendant saatının müddətinin dörd saat azaldılmasını təsdiqləyib.

 TELEJURNAL. az AZƏRTAC-a istinadən xəbər verir ki,  məlumata görə, parlamentin iclasında komendant saatının 21:00-dan 07:00-dək deyil, 23:00-dan 05:00-dək qüvvədə qalması barədə Prezident Şavkat Mirziyoyevin imzaladığı sərəncam təsdiqlənib.

Xatırladaq ki, iyulun 1-də Qaraqalpaqstan respublikasında konstitusiya dəyişikliklərinə qarşı iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb. İğtişaşların gedişində 20-yə yaxın insan, o cümlədən 14 mülki şəxs, həmçinin Özbəkistan Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının dörd əməkdaşı həlak olub. İyulun 3-də bölgədə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olunub.

İğtişaşlardan sonra ölkə Prezidenti Şavkat Mirziyoyev konstitusiyaya Qaraqalpaqstan respublikasının statusu ilə bağlı dəyişikliklərdən imtina etmək qərarına gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…