171 baxış
Bu yazını paylaşın
İctimai

“Qarabağ”ın rəqibini bir futbolçu tərk edib

11 Avqust 2022

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Çexiyanın “Viktoriya” klubunu bir futbolçu tərk edib.

“TELEJURNAL.AZ” Plzen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Ondrjey Mihalik bundan sonra Çexiyanın digər klubu “Slovaçko”un formasını geyinəcək.

“Pişta” ləqəbli 25 yaşlı hücumameyilli yarımmüdafiəçi barəsində hər iki klub artıq razılığa gəlib. 2019-cu ilin iyununda Niderlandın “Alkmaar” klubundan “Viktoriya”ya keçmiş futbolçu bu müddətdə 57 matç keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Qarabağ” bu komandaya qarşı ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Avqustun 23-də Plzen şəhərində keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…