88 baxış
Bu yazını paylaşın
Uncategorized

“Qarabağ”ın “Neftçi” üzərində qələbəsi 4 rekordla əlamətdar olub

09 Noyabr 2020

Qarabağın Neftçi üzərində qələbəsi 4 rekordla əlamətdar olub

“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü səfər qoluna imza atıb.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, qolun müəllifi Filip Ozobiç olub.

O, Premyer Liqada IX turun “Neftçi” ilə görüşündə hesabı açaraq, yubiley topunun müəllifi olub. 6:0 hesabı ilə qalib gələn ağdamlılar bu rəqəmi 505-ə də çatdırıb.

Xorvatiyalı yarımmüdafiəçinin “Neftçi” ilə matçdakı ilk qolu onun Premyer Liqada 30-cu topu olub. “Qarabağ”a qədər “Qəbələ”də də oynamış Ozobiç het-trik edərək bu rəqəmi 32-yə yüksəldib.

Bu qarşılaşma daha üç rekordla əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasındakı qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib. Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyük hesablı səfər qələbəsinin təkrarı olub.

Qurban Qurbanovun başçılıq etdiyi komanda 2018/2019 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…