23 baxış
Bu yazını paylaşın
İctimai

“Qarabağ”ın kapitanı yenidən zədələnib

11 Sentyabr 2022

“Qarabağ” klubunun futbolçusu Maksim Medvedev yenidən zədələnib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

50 yaşlı mütəxəssis bildirib ki, kapitan UEFA Avropa Liqasında I turun Almaniya “Frayburq”u ilə səfər matçı zamanı məşq vaxtı ciddi zədələnib. O, 33 yaşlı müdafiəçinin 1 ay oynamayacağını söyləyib.

Qurbanov daha bir arxa xətt oyunçusu Bədavi Hüseynovun da müəyyən ağrıları səbəbindən MRT müayinəsindən keçdiyini diqqətə çatdırıb. Baş məşqçi bu səbəbdən, Hüseynovu “Sabah”la Azərbaycan Premyer Liqasının VI tur matçına buraxmağa risk etmədiyini dilə gətirib: “Əlimizdəki futbolçulara güvənərək, davam edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” “Sabah”a 4:3 hesabı ilə qalib gəlib. Avropa Liqasının qrup mərhələsində isə Azərbaycan təmsilçisi “Frayburq”a səfərdə uduzub – 1:2. Növbəti oyun Tofiq Bəhramov adına Respublika stadionunda Fransa “Nant”ına qarşı olacaq. Sentyabrın 15-də keçiriləcək oyun saat 20:45-də başlanacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…