20 baxış
Bu yazını paylaşın
Siyasi

Qarabağın erməni sakinlərinin Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçidinə şərait yaradılıb

27 İyul 2023

Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

TELEJURNAL   xəbər verir ki, Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib.

Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub.

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…