41 baxış
Bu yazını paylaşın
Uncategorized

“Qarabağ”ın direktoru: “Sivasspor”la oyuna 3 xal üçün çıxacağıq”

05 Noyabr 2020
Qarabağın direktoru: Sivassporla oyuna 3 xal üçün çıxacağıq

Emrah Çelikel

“Sivasspor”la oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Yaxşı matç olacağına ümid edirəm”.

Bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə “Sivasspor”a qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Klub rəsmisi bu gün iki qardaş ölkənin komandalarının qarşılaşacağını bildirib: “Stadionda çox gözəl ab-havanın olacağına inanıram. Hər bir halda qarşılaşmaya 3 xal qazanmaq üçün çıxacağıq”.

Çelikel komandanın IV turda “Sivasspor”la ev matçının hansı ölkədə keçirilməsi barədə qərarın hələ verilmədiyini söyləyib: “Ev oyunlarımızı da səfərdə keçiririk. Bu isə komandaya əlavə yorğunluq gətirir”.

Qeyd edək ki, bu gün “Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…