289 baxış
Bu yazını paylaşın
İctimai

“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı oyunu təxirə salınmayacaq

10 Avqust 2022

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında II turun “Sumqayıt”la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın “Viktoriya” (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.

“Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq”, – deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la oyununu avqustun 13-də “Kapital Bank Arena”da keçirəcək. Matç saat 18:20-də başlanacaq. “Viktoriya” ilə qarşılaşmalar isə 16/17 avqustda evdə, 23/24 avqustda səfərdə olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…